27 iyul 2024. Şənbə

Taremi "İnter"lə 2 illik müqavilə imzalayıb


  • Transfer
  • 00:13 27.04.2024
  • Oxunma sayı: 101
Taremi "İnter"lə 2 illik müqavilə imzalayıb

"Portu"nun hücumçusu Mehdi Taremi karyerasını "İnter"də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O iranlı futbolçunun "neradzurri" ilə 2026-cı ilə qədər müqavilə imzaladığını və müqavilədə avtomatik olaraq daha bir il uzadılması variantı da nəzərdə tutulduğunu qeyd edib. Artıq 31 yaşlı futbolçunun azad agent kimi "İnter"ə keçməsi ilə bağlı "Portu"ya məlumat verilib.

Mehdi Taremi bu mövsüm "Dragons"da 30 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir