24 oktyabr 2024. Cümə axşamı

42 illik hakimiyyəti yıxdı: Məşhur məşqçi Portuqaliya nəhənginin yeni prezidenti oldu


  • Transfer
  • 13:03 28.04.2024
  • Oxunma sayı: 95
42 illik hakimiyyəti yıxdı: Məşhur məşqçi Portuqaliya nəhənginin yeni prezidenti oldu

"Portu" klubunun yeni  prezidenti bəlli olub.

90deqiqe.Az xəbər verir ki, 42 il "Portu"nun prezidenti olmuş Pinto da Kostanın hakimiyyətinə 2010-2011 mövsümündə klubun texniki direktoru vəzifəsində çalışan Andre Villaş-Boaş tərəfindən son qoyulub

Xatırladaq ki, Villaş-Boaş 2010-2011-ci illərdə Portuqalya təmsilçisinə rəhbərlik edib.

Portuqaliyalı mütəxəssisin məşqçilik karyerasında son klubu Fransanın "Marsel"i olub. O, daha əvvəl "Çelsi", "Tottenhem", "Şanxay SIPG" və "Academica Coimbra"nı da çalışdırıb.

“Zenit” onun rəhbərliyi altında 3 kubok, o cümlədən 2015-ci ildə Rusiya çempionu olub.Hazırda "Portu" 62 xalla Portuqaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Komanda lider “Sportinq”dən 18 xal geri qalır.

Növbəti turda “Portu” “Sportinq”lə qarşılaşacaq. Qarşılaşma aprelin 28-də, Bakə vaxtı ilə saat 23:30-da başlayacaq.







Transfer