24 oktyabr 2024. Cümə axşamı

PSJ Donnarummaya əvəzləyici tapıb


  • Transfer
  • 13:22 28.04.2024
  • Oxunma sayı: 71
PSJ Donnarummaya əvəzləyici tapıb

İspaniyanın "Valensiya" klubunun qapıçısı Giorgi Mamardaşvili növbəti mövsümə yeni klubunda başlaya bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, Fransanın PSJ-si gürcü qolkiperin transferində maraqlıdır. Komandanın baş məşqçisi Luis Enrike italiyalı Canluici Donnarummanın oyunundan narazı qalıb və ona əvəzləyici axtarmağa başlayıb. Namizədlər arasında Mamardaşvili də var. Mümkün transferin məbləği 35 milyon avro olaraq qiymətləndirilir.

Georginin yarasalarla əmək müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. La Liqanın bu mövsümündə gürcü 32 oyun keçirib və 34 qol buraxıb.







Transfer