25 dekabr 2025. Cümə axşamı

Kounde "Barselona"nı Premyer Liqa klubuna dəyişir


  • Transfer
  • 14:53 28.04.2024
  • Oxunma sayı: 184
Kounde "Barselona"nı Premyer Liqa klubuna dəyişir

Fransa millisinin və "Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçunun xidmətində “Aston Villa” klubu maraqlıdır. Koundenin İngiltərə klubuna potensial transferinin məbləği 55-60 milyon avro ola bilər.

Jülin 2027-ci ilin iyun ayının sonuna qədər Blaugrana ilə müqavilə öhdəlikləri var.

İspaniya çempionatının bu mövsümündə müdafiəçi 29 oyun keçirib, bu oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer