- Transfer
- 18:20 04.10.2026
Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Kruzeyro" klubunu satmaq qərarına gəlib.
90deqiqe.Az xəbər verir ki, komandanın səhmlərinin 90%-i Ronaldoya məxsusdur. Onları supermarketlər şəbəkəsinin sahibi olan iş adamı Pedro Lourençoya satacaq.
Ronaldo üç ildən az müddətə futbolçu karyerasına başladığı "Kruzeyro"ya sahib olub.