21 sentyabr 2024. Şənbə

Simon Kayer üçün yolun sonu


  • Transfer
  • 18:01 30.04.2024
  • Oxunma sayı: 235
Simon Kayer üçün yolun sonu

Simon Kayer 2019-2020 mövsümünün ara transfer dövründə "Milan"a icarəyə verilmişdi.

90deqiqe.az xəbər verir ki, yarım mövsümdən sonra italyan nəhəngi danimarkalı müdafiəçinin transfer haqqını 3,68 milyon avroya alıb.

Mövsümün sonunda müqaviləsini başa vuracaq 35 yaşlı Simon Kayer "Milan"la vidalaşmağa hazırlaşır. A seriyası təmsilçisi təcrübəli müdafiəçi ilə yeni müqavilə imzalamayacaq.

Bu mövsüm bütün yarışlarda 24 matçda meydana çıxan təcrübəli müdafiəçi 1463 dəqiqə meydanda olub.

Simon Kayer 2021-22 mövsümündə Milan ilə A Seriya çempionluğunu qazandı.







Transfer