- Transfer
- 01:36 15.08.2026
“Milan” klubunun hücumçusu Andre Silva karyerasını Fransada davam etdirə bilər.
Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Monaco”, 23 yaşlı futbolçunun transferi üçün İtaliya təmsilçisi ilə razılıq əldə edib. Silvanın bu gün “Monaco”ya gedərək tibbi müayinədən keçəcəyi bildirilir.
Fransa klubunun bu transfer üçün Milan'a 25 milyon avro ödədiyi və portuqaliyalı hücumçu ilə 5 illik müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, A.Silva, ötən mövsüm icarə əsasında “Sevilla”da çıxış etmişdi.