27 iyul 2024. Şənbə

"Çelsi" İngiltərə millisinin qolkiperini hədəfə alıb


  • Transfer
  • 22:37 01.05.2024
  • Oxunma sayı: 317
"Çelsi" İngiltərə millisinin qolkiperini hədəfə alıb

"Çelsi" yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "TBR Football"a istinadən məlumatına görə, London klubu "Everton"un qapıçısı Cordan Pikfordla maraqlanır. “Təqaüdçülər” 30 yaşlı futbolçunu qarşıdan gələn mövsümdə heyətinə qatmağa cəhd edə bilər

. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Pickfordu 22 milyon avro dəyərində qiymətləndirirlər. Eyni zamanda, reallıqda futbolçunun transfer dəyəri daha yüksək ola bilər. Qeyd edək ki, Cordan Pikford İngiltərə yığmasının əsas qapıçısıdır. Gələn yay komanda Almaniyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir