- Transfer
- 14:41 24.11.2024
Argentinalı yarımmüdafiəçi Erik Lamela özünə yeni klub axtarır.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 32 yaşlı futbolçunun hələlik konkret təklifləri yoxdur. Argentinalı keçən yaydan azad agentdi.
Erik karyerasını davam etdirmək üçün mümkün variantlar arasında MLS və Səudiyyə Ərəbistanı var. Təcrübəli yarımmüdafiəçinin Argentinaya qayıtması da mümkündür.
Futbolçunun son iş yeri İspaniyanın "Sevilya" klubu olub. Son La Liqada Lamela 12 oyun keçirib, iki qol vurub və üç sarı vərəqə alıb.