8 sentyabr 2024. Bazar günü

Naço Messi ilə komanda yoldaşı ola bilər


  • Transfer
  • 12:52 02.05.2024
  • Oxunma sayı: 85
Naço Messi ilə komanda yoldaşı ola bilər

"Real Madrid"in müdafiəçisi Naço Fernandes yay transfer pəncərəsində klubunu dəyişəcək.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, təcrübəli ispaniyalı Avropanı tərk edərək ABŞ-a gedəcək. Səudiyyə Ərəbistanı və İtaliyadan gələn təkliflərə baxmayaraq, Naço karyerasını MLS-də davam etdirmək qərarına gəlib.

Fernandezin yeni iş yeri argentinalı Lionel Messinin oynadığı "İnter Mayami" olması gözlənilir.

34 yaşlı müdafiəçi Devid Bekhemin klubuna pulsuz veriləcək, çünki onun "Real Madrid"lə müqaviləsi 2024-cü ilin iyununun sonunda başa çatır. Fernandes 2012-ci ildən kral klubunda çıxış edir.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda