- Transfer
- 14:41 24.11.2024
"Barselona" bu yay ən bahalı oyunçularından biri ilə ayrılmağa hazırdır.
90deqiqe.Az-ın "Radio Marca"ya istinadən məlumatına görə, "blauqrana" 21 yaşlı yarımmüdafiəçi Pedrinin transferi ilə bağlı təklifləri nəzərdən keçirə bilər.
Bununla bağlı Kataloniya nəhənginin bossları yarımmüdafiəçi ilə yeni əmək müqaviləsi ilə bağlı danışıqları dayandırıb. Pedrinin hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.
Yarımmüdafiəçi ilə “Mançester Siti” və PSJ-nin maraqlandığı bildirilir.
Bu mövsüm o, 29 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt oyunçunu 80 milyon avro qiymətləndirir.