24 oktyabr 2024. Cümə axşamı

"Real"ı "Atletiko"ya dəyişir


  • Transfer
  • 12:43 03.05.2024
  • Oxunma sayı: 92
"Real"ı "Atletiko"ya dəyişir

"Real Madrid"in yarımmüdafiəçisi Dani Seballos yay transfer pəncərəsində klubunu dəyişməyə yaxındır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 27 yaşlı oyunçunun başqa bir top La Liqa klubunda işləmək imkanı var. Paytaxtın "Atletiko Madrid" klubu yarımmüdafiəçi ilə maraqlanır.

"Döşəkçilər" yay transfer pəncərəsində futbolçunu almağa cəhd edəcək.

İspaniya çempionatının bu mövsümündə Seballos 15 oyun keçirib və bu oyunda bir məhsuldar ötürmə edib və sarı vərəqə alıb. La Liqa turnir cədvəlində “Real” birinci, “Atletiko” isə dördüncü yerdədir.







Transfer