24 oktyabr 2024. Cümə axşamı

"Çelsi" "Yuventus"un qapıçısına göz dikib


  • Transfer
  • 12:59 03.05.2024
  • Oxunma sayı: 84
"Çelsi" "Yuventus"un qapıçısına göz dikib

"Yuventus"un qapıçısı Voyçex Şesni yenidən İngiltərədə çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, "Çelsi" klubu polşalı qolkiperin xidmətində maraqlıdır.

London təmsilçisi daha əvvəl “Arsenal”da çıxış etmiş oyunçunun mümkün transferini nəzərdən keçirir.

Bu mövsüm 34 yaşlı Şesni "Yuventus"un heyətində 32 oyun keçirib, bu oyunda 25 qol buraxıb və beş oyunda qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalı Polşa millisinin qapıçısını 8 milyon avroya qiymətləndirir.

Qeyd edək ki, hazırda "Çelsi"də qapıçılar Corce Petroviç və Robert Sançes çıxış edir. Premyer Liqanın 34 turundan sonra "mavilər" 51 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.







Transfer