21 sentyabr 2024. Şənbə

"Bavariya"nın baş məşqçisi postuna daha bir namizəd bilindi


  • Transfer
  • 16:54 03.05.2024
  • Oxunma sayı: 82
"Bavariya"nın baş məşqçisi postuna daha bir namizəd bilindi

"Bavariya" yeni baş məşqçi tapmaqda çətinlik çəkir.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumatına görə, Ralf Ranqnik tərəfindən rədd edilən Münhen klubunun rəhbərliyi Rudi Qarsiyanın namizədliyini müzakirə edib.

60 yaşlı mütəxəssis cəmi 4 ay yarım işlədiyi "Napoli"dən qovulduqdan sonra noyabr ayından işsizdi. Qarsiya əvvəllər bir çox klubları, xüsusən də “Roma” və “Lion”u çalışdırıb. Onu da əlavə edək ki, bir neçə saat əvvəl mətbuatda “Bavariya”nın “Mançester Yunayted”lə məşqçi mübadiləsi apara biləcəyi barədə məlumat yayılmışdı.







Transfer