8 sentyabr 2024. Bazar günü

De Zerbi "Milan"ı çalışdıra bilər


  • Transfer
  • 23:19 03.05.2024
  • Oxunma sayı: 82
De Zerbi "Milan"ı çalışdıra bilər

"Milan" yayda baş məşqçisini dəyişə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, "rossonerilər" hazırda "Brayton"da çalışan Roberto de Zerbini dəvət etmək istəyir. Ancaq ciddi problem var - "Milan" klubu 15 milyon avro ödəmək istəmir. Bu, de Zerbinin hazırkı müqaviləsində qeyd olunan satın alma variantıdır.

Qeyd olunur ki, "Milan" yalnız Premyer Liqa klubunun tələblərini ödəmək üçün alternativ yol tapılacağı təqdirdə de Zerbi ilə müqavilə imzalamağa hazır olacaq.

"Milan" A Seriyasının turnir cədvəlində ikinci yerdədir. Komandanı hazırda Stefano Pioli çalışdırır.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda