16 yanvar 2025. Cümə axşamı

"Çelsi"dən Braziliya klubuna


  • Transfer
  • 10:35 04.05.2024
  • Oxunma sayı: 165
"Çelsi"dən Braziliya klubuna

"Çelsi"də çıxış edən mərkəz müdafiəçisi Tiaqo Silva karyerasını vətənində davam etdirə bilər.

90deqiqe.Az-ın "Globo"ya istinadən məlumatına görə, "Fluminense" təcrübəli futbolçu ilə müqavilə imzalamaq istəyir. Tərəflər artıq danışıqlar prosesinə başlayıblar. Tiaqonun tezliklə Braziliya klubu ilə əmək müqaviləsi bağlayacağı gözlənilir.

Transfer yayda, futbolçunun "təqaüdçülər"lə müqaviləsi bitəndə rəsmiləşəcək.

İngiltərə Premyer Liqasının bu mövsümündə 39 yaşlı müdafiəçi 27 matçda iştirak edib. Tiaqo üç qol vurub və dörd sarı vərəqə alıb. "Çelsi" 34 matçdan sonra səkkizinci yerdədir.







Transfer

Reşford özünə yeni klub seçdi
  • Transfer
  • 21:00 15.01.2025
Reşford özünə yeni klub seçdi