24 oktyabr 2024. Cümə axşamı

Şmidt "Bavariya"nı çalışdıracaq? - özü açıqladı


  • Transfer
  • 18:14 04.05.2024
  • Oxunma sayı: 86
Şmidt "Bavariya"nı çalışdıracaq?  - özü açıqladı

"Benfika"nın sükançısı Roger Şmidt "Bavariya"nın baş məşqçi postuna gətiriləcəyi iddialarla bağlı açıqlama verib.

90deqiqe.Az  xəbər verir ki, 57 yaşlı çalışdırıcı Portuqaliya klubunda çox işləri olduğunu bildirib.

“Bu suala neçə dəfə cavab verməliyəm? Mən bazarda deyiləm, “Benfika”da işim var və bunu bəyənirəm. Heç kimin mənə zəng etməsini istəmirəm. Mənim vəziyyətim çox aydındır”, - deyə Şmidtin sözlərini A Bola sitat gətirir.

Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda Tomas Tuxel "Bavariya"nı tərk edəcək - bu, hələ fevral ayında elan edilmişdi. Münhen klubu fəal şəkildə Julian Naqelsmann, daha sonra isə Ralf Ranqnik ilə əlaqəli idi, lakin bu mütəxəssislər müvafiq olaraq Almaniya və Avstriya milli komandaları ilə işi davam etdirmək qərarına gəldilər.







Transfer