25 dekabr 2025. Cümə axşamı

Mourinyo Səudiyyə Ərəbistanına üz tutur


  • Transfer
  • 18:37 04.05.2024
  • Oxunma sayı: 184
Mourinyo Səudiyyə Ərəbistanına üz tutur

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Səudiyyə Ərəbistanında işləyə bilər.

90deqiqe.Az xəbər verir ki, "Əl-Qadisiyyə" klubu məşhur mütəxəssisi  hədəfə alıb.

"Əl-Qadisiyah" hazırda Səudiyyə Ərəbistanının ikinci yüksək divizionunda çıxış edir. Eyni zamanda, komanda demək olar ki, əsas liqaya yüksəlişi təmin edib. Klub rəhbərlərinin yüksək ambisiyaları var, ölkənin ən yaxşı komandalarına meydan oxumaq istəyirlər.

Qeyd olunur ki, Mourinyo mayın sonunda danışıqlar üçün Əl-Khobara gəlməlidir.

Xatırladaq ki, 61 yaşlı çalışdırıcı İtaliyanın “Roma” klubundan qovulduqdan sonra yanvar ayından işsizdir.







Transfer