- Transfer
- 14:41 24.11.2024
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys karyerasını ABŞ-da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, komandanın kapitanı on iki ildən sonra "Bamblebees"i tərk edəcək. Roys bu mövsümün sonundan sonra MLS-ə keçməyi düşünür.
Bundan əlavə, "Arsenal"ın və "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Samir Nəsri "Canal+"a müsahibəsində Roysun ona MLS komandasına potensial keçidi barədə danışdığını deyib. Artıq tərəflər arasında danışıqlar başlayıb.
Bu mövsüm Marko Roys "Borussiya Dortmund"da 39 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə verib.