- Transfer
- 22:19 25.04.2025
Hər şey ona doğru gedir ki, tezliklə Kilian Mbappe "Real Madrid" formasını geyinəcək.
90deqiqe.Az-ın "Le Parisien"ə istinadən məlumatına görə, hazırda PSJ hücum xəttində ulduz fransızı əvəz edəcək futbolçu tapmaq üzərində işləyir. PSJ-nin prioritet namizədi "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyadır. Liqa 1 nəhənginin gürcü futbolçu ilə bağlı danışıqlar prosesi müsbət istiqamətdə gedir. Bildirilir ki, "Napoli" 23 yaşlı Xviçanı 80 milyon avro məbləğində sərbəst buraxmağa hazır olacaq.
Bu, əvvəllər mətbuatda yazılanlardan daha aşağı qiymətdir. Bir vaxtlar Xviça Kvaratsxeliya Rusiya Premyer Liqasında “Lokomotiv” və “Rubin”də çıxış edib.