27 iyul 2024. Şənbə

Roys Messi və ya Kriştiano Ronaldo ilə komanda yoldaşı ola bilər


  • Transfer
  • 23:55 10.05.2024
  • Oxunma sayı: 97
Roys  Messi və ya Kriştiano Ronaldo ilə komanda yoldaşı ola bilər

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys "Sent-Luis Siti"dən başqa Amerikanın "İnter Mayami"si və Səudiyyə Ərəbistanı "Əl Nəsr"inin də diqqətini çəkib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sport Deutschland” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Roysla maraqlanan bir çox klublar arasında diqqət çəkən klublar bunlardır. Eyni zamanda futbolçuya Türkiyə Superliqasında çıxış edən komandalardan da böyük maraq var. Bununla belə, Roys bütün diqqətini "Borussiya Dortmund"un Çempionlar Liqasının finalında "Real Madrid"lə keçirəcəyi matça cəmlədiyi üçün hələ gələcəyi ilə bağlı qərar verməyib.

Xatırladaq ki, daha əvvəl 34 yaşlı Roysun bu yay azad agent kimi “Borussiya”dan ayrılacağı məlum olmuşdu. Reus 2012-ci ildən "Borussiya"da çıxış edir. Bu mövsüm təcrübəli futbolçu bütün yarışlarda 39 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.

Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 7 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir