21 sentyabr 2024. Şənbə

Flik geri çəkilsə, ten Haq "Bavariya" üçün alternativdir


  • Transfer
  • 23:59 10.05.2024
  • Oxunma sayı: 66
Flik geri çəkilsə, ten Haq "Bavariya" üçün alternativdir

"Bavariya" Almaniya millisinin keçmiş baş məşqçisi Hans-Diter Flikin Münhen komandasına baş məşqçi təyin olunması ilə bağlı fəal danışıqlar aparır.

90deqiqe.Az-ın "Sky Deutschland"a istinadən məlumatına görə danışıqlar nəticə verməsə, "Bavariya" klubunun rəhbərliyi Hans-Diter Flikə alternativ olan "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqı dəvət etmək variantına qayıdacaq.

Hollandiyalı çalışdırıcının nümayəndələri artıq "Bavariya"nın planları barədə məlumatlandırılıb.

Xatırladaq ki, daha əvvəl mediada Flick-in Münhen klubuna mümkün təyinat üçün açıq olduğu və "Bavariya"nın on Haqın dəvətindən imtina etməsindən sonra geri qayıtma ehtimalına müsbət baxdığı barədə məlumatlar yayılmışdı.







Transfer