27 iyul 2024. Şənbə

"Borussiya" Terziçlə bağlı qərarını verdi


  • Transfer
  • 09:45 11.05.2024
  • Oxunma sayı: 53
"Borussiya" Terziçlə bağlı qərarını verdi

Dortmund "Borussiya"sının rəhbərliyi komandanın baş məşqçisi Edin Terziçlə əməkdaşlığın uzadılması ilə bağlı danışıqlara getməyib.

90deqiqe.Az-ın "Sky Deutschland"a istinadən məlumatına görə, komandanın cari Çempionlar Liqası mövsümündə uğurlu çıxışına baxmayaraq, Bumblebees rəhbərləri gələn mövsümün ilk yarısına qədər danışıqlar aparmayacaqlar.

Xatırladaq ki, Terziç “Borussiya”nın baş məşqçi postunu 2022-ci ilin yayında tutub. Onun rəhbərliyi altında Dortmund komandası 2023/2024 mövsümünün Çempionlar Liqasının finalına yüksəlib və iyunun 1-də “Real Madrid”lə qarşılaşacaq. Məşqçinin müqaviləsi 2025-ci ilin ortalarına qədər nəzərdə tutulub.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir