- Transfer
- 18:40 23.11.2024
Fransa PSJ-si cari mövsümün sonunda baş məşqçisini dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, Paris top-klubunun prezidenti Nasser Əl-Xəlaifi ispaniyalı Luis Enrikenin cari mövsümdəki işindən heyran deyil. Menecer onun yerinə "Bolonya"nın baş məşqçisi Tiaqo Mottanı düşünür. Mütəxəssis özü də Fransa klubunda gücünü sınamağa qarşı deyil.
Xatırladaq ki, bu həftə PSJ UEFA Çempionlar Liqasından kənarlaşdırılıb. Avrokubokların ½ final mərhələsində Enrikenin komandası sensasiyalı şəkildə Dortmund Borussiyasına məğlub oldu (0:1, 0:1).