27 iyul 2024. Şənbə

“Tottenhem"in ulduzu “Beşiktaş”a TƏKLİF EDİLDİ


  • Transfer
  • 15:12 14.05.2024
  • Oxunma sayı: 64
“Tottenhem"in ulduzu “Beşiktaş”a TƏKLİF EDİLDİ

Menecerlər yeni mövsüm üçün yarımmüdafiəçi axtarışında olan "Beşiktaş"a "Tottenhem"in argentinalı ulduzu Covanni Lo Çelsonu təklif ediblər.

Bu barədə 90deqiqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir.Bildirilib ki, “Qara Qartallar” mövsümün sonunda oyunçunu transfer edə bilər.

İngiltərə təmsilçisi ilə daha bir il müqaviləsi olmasına baxmayaraq komandadan ayrılmaq istəyən ulduzun şərtlər yerinə yetirildiyi təqdirdə “Beşiktaş”la müqavilə imzalayacağı bildirilib.

"Beşiktaş"ın direktorunun hazırda ulduz futbolçunu dəyərləndirdiyi və mövsümün sonunda yekun qərar verəcəyi qeyd edilib.

Bu mövsüm “Tottenhem”in heyətində 23 matçda 590 dəqiqə meydanda olan Lo Çelso komandasının heyətində 2 qol vurub, 2 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir