21 sentyabr 2024. Şənbə

Kepanın "Real"dakı gələcəyi məlum olub


  • Transfer
  • 17:33 14.05.2024
  • Oxunma sayı: 83
Kepanın "Real"dakı gələcəyi məlum olub

"Real Madrid"in qapıçısı Kepa Arrizabalaqanın gələcəyi ilə bağlı məlumat ortaya çıxıb.

90deqiqe.Az xəbər verir ki, ispan qolkiper yayda "zadəganlar"a qayıdacaq.

Xatırladaq ki, 29 yaşlı qolkiper cari mövsümü icarə əsasında "Real Madrid"də keçirir.Kepanın əmək müqaviləsi “Çelsi” klubuna məxsusdur.

Los Blancos-un tərkibində Kepa bütün turnirlərdə 19 oyun keçirib, 18 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlaya bilib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı ispaniyalının dəyərini 12 milyon avro qiymətləndirir.







Transfer