- Transfer
- 18:40 23.11.2024
"Liverpul" yayda Fransa Liqa 1-dən bir yarımmüdafiəçini sıralarına qata bilər.
90deqiqe.Az-ın “Mirror Football”a istinadən məlumatına görə, "Nitsa" mersisaydlılara yarımmüdafiəçisi Kefren Turamı 15 milyon avroya transfer etməyi təklif edib.
Xatırladaq ki, keçən yay “Liverpul” Kefrenin transferi ilə maraqlansa da, klub oyunçu üçün tələb olunan 50 milyon avronu ödəməyib. İndi 23 yaşlı yarımmüdafiəçinin "Nitsa" ilə müqaviləsinin bitməsinə bir ildən çox vaxt qalıb, ona görə də Fransa klubu "Liverpul"a ciddi endirim etməyə hazırdır.
Bu mövsüm Fransa çempionatında Kefrem Turam bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.