25 dekabr 2025. Cümə axşamı

“Fənərbağça”nı yeni mövsümdə Pioli çalışdıra bilər


  • Transfer
  • 22:57 16.05.2024
  • Oxunma sayı: 164
“Fənərbağça”nı yeni mövsümdə Pioli çalışdıra bilər

"Milan" baş məşqçisi Stefano Piolinin yeni iş yeri Türkiyə ola bilər.

90deqiqe.Az xəbər verir ki, "Fənərbağça" 58 yaşlı mütəxəssisi baş məşqçi postuna təyin etmək istəyir.

İstanbul təmsilçisinin idman direktoru Mario Branko müqavilənin mümkün şərtlərini öyrənmək üçün artıq Piolinin nümayəndələri ilə əlaqə saxlayıb.

Təcrübəli çalışdırıcı ilə "Napoli"də maraqlanırdı. 

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabr ayından "Milan"ı çalışdırır. Bu mövsüm komanda artıq A Seriyasının turnir cədvəlində ikinci yeri təmin edib.







Transfer