21 sentyabr 2024. Şənbə

Fatih Terim "Panatinaikos"dan ayrıldı


  • Transfer
  • 11:18 17.05.2024
  • Oxunma sayı: 96
Fatih Terim "Panatinaikos"dan ayrıldı

Yunanıstanın “Panatinaikos” klubu baş məşqçisi Fatih Terimlə yollarını ayrıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb.

"Cənab prezident Alafouzos ilə dünən axşam görüşdük və vəziyyəti dəyərləndirdik və 2024-2025-ci illər mövsümü üçün planlarımızın bir araya sığmadığı qənaətinə gəldik. Bu qiymətləndirmə nəticəsində peşəkar əlaqələrimizi davam etdirməməyə qərar verildi"  - deyə Terim bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında "Panatinaikos"la müqavilə bağlayan Fatih Terim Yunanıstan klubu ilə 13 matçda meydana çıxıb.

Terim bu görüşlərdə 6 qələbə və 6 məğlubiyyət əldə edib.

"Panatinaikos" Yunanıstan çempionatının pley-off qrupunda 71 xalla 4-cü pillədə qərarlaşıb.







Transfer