14 dekabr 2025. Bazar günü

Torres "Barselona"dan ayrıla bilər


  • Transfer
  • 12:40 17.05.2024
  • Oxunma sayı: 174
Torres "Barselona"dan ayrıla bilər

Yarımmüdafiəçi Ferran Torres yay transfer pəncərəsində "Barselona"nı tərk edə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, 24 yaşlı cinah yarımmüdafiəçisi "Valensiya"ya qayıtmaq istəyir. “Yarasaların” rəhbərliyi belə bir sövdələşməyə qarşı deyil.

 Transfermarkt ekspertləri Ferranın dəyərini 35 milyon avro qiymətləndirir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin yayında başa çatır.

Cari İspaniya çempionatında Torres "blauqrana"nın heyətində 28 oyun keçirib. Yarımmüdafiəçinin vurduğu yeddi qol və iki məhsuldar ötürmə var.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində