- Transfer
- 18:40 23.11.2024
"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından gələn təklifləri hələ nəzərdən keçirmir
90deqiqe.Az xəbər verir ki, bu barədə italyan insayder Nikolo Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Xatırladaq ki, İtaliya kubokunun finalında “Atalanta” üzərində qələbədən (1:0) sonra Alleqri “Tuttosport”un direktorunu hədələyib. Cümə günü axşam "Qoca sinyora"nın rəhbərliyi mövsümün sonuna qədər daha iki oyun qalmasına baxmayaraq, italiyalı mütəxəssisin dərhal istefaya göndərildiyini açıqlayıb.
Alleqri daha əvvəl "Napoli"yə təyinatla bağlı idi, lakin hələlik heç bir irəliləyiş əldə olunmayıb. Məlumdur ki, Massimiliano hazırda Səudiyyə Ərəbistanına köçmək niyyətində deyil.