25 dekabr 2025. Cümə axşamı

Emerson "Bavariya"nın hədəfində


  • Transfer
  • 23:26 18.05.2024
  • Oxunma sayı: 158
Emerson "Bavariya"nın hədəfində

"Tottenhem"in müdafiəçisi Emerson Royal yayda komandasını dəyişə bilər.

 90deqiqe.Az-ın “Bild"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçunun xidmətində "Bavariya" maraqlıdır. London klubunun Emerson üçün minimum 29 milyon avro təklif ediləcəyi təqdirdə, onu buraxmağa hazır olduğu bildirilir.

 "Milan" və "Yuventus"da braziliyalı futbolçu ilə maraqlanır.

Bu mövsüm Emerson bütün turnirlər daxil olmaqla 23 matçda meydana çıxıb və bir qol vurub. Müdafiəçinin Tottenhem ilə əmək müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Transfermarkt mütəxəssisləri Emersonun dəyərini 18 milyon avro qiymətləndirirlər.







Transfer