4 iyul 2026. Şənbə

"Valensiya"nı Premyer Liqa klubuna dəyişə bilər


  • Transfer
  • 13:18 19.05.2024
  • Oxunma sayı: 200
"Valensiya"nı Premyer Liqa klubuna dəyişə bilər

"Valensiya"nın qapıçısı Giorgi Mamardaşvilinin karyerasını İngiltərədə davam etdirmək variantı var.

90deqiqe.Az-ın “Todofichajes"ə istinadən məlumatına görə, "Nyukasl" gürcü qapıçı ilə müqavilə imzalamaq istəyir. "Sağanlar" Mamardaşvilinin transferi üçün təxminən 35 milyon avro ödəməyə hazırdır. İngiltərə klubu futbolçuya maaş artımı ilə 4 illik sərfəli müqavilə təklif edəcək.

İspaniya çempionatının cari mövsümündə qapıçı “yarasalar”ın heyətində 35 oyun keçirib və 36 qol buraxıb. 14 qarşılaşmada gürcü qapıçı topunu kilid altında saxlayıb.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır