- Transfer
- 21:08 11.04.2026
Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi "Olimpik"in (Marsel) hücumçusu Mue N`jini heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.
Bununla da, Şeydayev yeni transferlə heyətdə yer almaq uğrunda rəqabət aparacaq.