- Transfer
- 18:40 23.11.2024
Hüquqları “Bayer Leverkuzen” klubuna məxsus olan müdafiəçi Odilon Kossunou Almaniyadan ayrılaraq Dumanlı Albiona keçə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Caughtoffside” məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı afrikalı ilə "Liverpul" maraqlanır. Potensial transfer məbləği təxminən 60 milyon avro qiymətləndirilir. Mersisaydlılar futbolçu üçün əsas namizəddir.
Odilon 2021-ci ilin yayından Leverkuzen komandasının şərəfini qoruyur. Ümumilikdə o, 101 matçda iştirak edib.