22 oktyabr 2024. Çərşənbə axşamı

“Kral” klubunun sabiq baş məşqçisi London komandasına rəhbərlik edəcək


  • Transfer
  • 12:42 20.05.2024
  • Oxunma sayı: 66
“Kral” klubunun sabiq baş məşqçisi London komandasına rəhbərlik edəcək

İspaniyalı baş məşqçi Xulen Lopeteqi tezliklə Londonun "Vest Hem" klubunun baş məşqçisi ola bilər. 

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilib ki, tərəflər danışıqlar aparıb və əməkdaşlıq barədə razılığa gəliblər. Lopeteqinin "çəkiclilər"in baş məşqçisi təyinatı bu həftənin sonuna qədər rəsmən açıqlanacaq. O, komandanın sükanı arxasında 2019-cu ildən komandaya rəhbərlik edən Devid Moyesi əvəz edəcək. 

Lopeteqinin son klubu “Vulverhempton” olub. Bundan əvvəl o, “Real Madrid”, “Sevilya” və İspaniya millisində çalışıb. 
Mövsümün sonunda “Vest Hem” Premyer Liqa turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.







Transfer