22 oktyabr 2024. Çərşənbə axşamı

“Bavariya”nı bu məşqçi çalışdıra bilər


  • Transfer
  • 22:35 20.05.2024
  • Oxunma sayı: 85
“Bavariya”nı bu məşqçi çalışdıra bilər

“Brentford”un baş məşqçisi Tomas Frank “Bavariya”da Tomas Tuxelin yerinə potensial namizədlər sırasındadır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, Münhen klubunun bosslarının İngiltərə Premyer Liqa klublarına rəhbərlik edən məşqçilər arasından komandanın baş məşqçisi postuna namizədləri izlədiyini və ötən 2023/2024 mövsümünün sonunda "Brentford"u liqada saxlayan Tomas Frankın xidmətində maraqlı olduğunu qeyd edib. Artıq İngiltərə klubunun çalışdırıcısı ilə danışıqlara başlanıldığı bildirilir.

50 yaşlı Frank 2018-ci ilin oktyabrından Brentford klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda 2020/2021 Çempionat mövsümünün sonunda İngiltərə Premyer Liqasına yüksəlib. Brentford son liqa mövsümündə 39 xalla 16-cı yerdədir.

"Bavariya" ötən mövsüm Bundesliqanın turnir cədvəlini 3-cü pillədə başa vurmuşdu. Qeyd edək ki, Münhen komandası bu mövsüm bir dəfə də olsun kubok qazanmayıb.







Transfer