12 iyun 2024. Çərşənbə

Benzema Səudiyyə Ərəbistanından ayrılmaq istəyir


  • Transfer
  • 10:45 21.05.2024
  • Oxunma sayı: 70
Benzema Səudiyyə Ərəbistanından ayrılmaq istəyir

2022-ci ilin "Qızıl Top" mükafatçısı Kərim Benzema, yay transfer pəncərəsində "Əl-İttihad" klubundan ayrılmağa hazırlaşır.

90deqiqe.Az "Relevo"-ya istinadən məlumat verir ki, Benzema Madridə son səfəri zamanı dostlarına Səudiyyə Ərəbistanında keçirdiyi zamanın onu məyus etdiyini bildirib. O, yalnız Səudiyyə Pro Liqasının futbol səviyyəsindən deyil, həm də infrastrukturundan narazıdır.

Bununla belə, Benzema başa düşür ki, "Əl-İttihad" klubu onu asanlıqla buraxmaq istəməyəcək. O, yaxın zamanda klub rəhbərliyi ilə görüşərək, hər iki tərəfi razı salacaq bir həll yolu tapmağa çalışacaq.

Qeyd edək ki, Benzemanın Səudiyyə Ərəbistanından ayrılmaq istədiyi barədə xəbərlər qış transfer pəncərəsi zamanı ortaya çıxmışdı. Lakin o, "Əl-İttihad" klubunda qalmağa qərar vermişdi.

Benzemanın klub ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Real Madrid" əfsanəsi olan futbolçu, klubda keçirdiyi 29 matçda 13 qol vurub və 8 məhsuldar ötürmə edib.







Transfer

"Real Madrid" Rodriqonu qovur?
  • Transfer
  • 10:50 12.06.2024
"Real Madrid" Rodriqonu qovur?
"Aston Villa"dan "Yuventus"a
  • Transfer
  • 22:26 11.06.2024
"Aston Villa"dan "Yuventus"a
Rodriqoya iki top klubdan təklif
  • Transfer
  • 13:03 11.06.2024
Rodriqoya iki top klubdan təklif