12 mart 2026. Cümə axşamı

Azərbaycanlı futbolçu Moldova klubunda


  • Transfer
  • 16:19 25.07.2019
  • Oxunma sayı: 479
Azərbaycanlı futbolçu Moldova klubunda

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.

Corner.az-ın məlumatına görə, 26 yaşlı hücumçu karyerasını Moldovanın yüksək liqa təmsilçisi "Dinamo-Avto"da davam etdirəcək. Bu barədə o, özünün "Feysbuk" səhifəsində yazıb. N.Novruzovla imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib

Qeyd edək ki, N. Novruzov "Bakı", "Sumqayıt", "Zirə", "Səbail"də oynayıb. O, son olaraq Türkiyənin "Dersim 62 Spor" klubunda çıxış edib. N.Novruzov 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.







Transfer