30 mart 2026. Bazar ertəsi

Laporta Xaviyə əvəzləyici tapdı


  • Transfer
  • 15:52 21.05.2024
  • Oxunma sayı: 137
Laporta Xaviyə əvəzləyici tapdı

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Xavini  Hans-Diter Fliklə əvəz etməyə üstünlük verir.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist İvan San Antonio "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, alman çalışdırıcının artıq ispan dilini öyrənməyə başladığını qeyd edib.

Qeyd edək ki, Kataloniya klubunda futbolçu kimi çıxış edən Rafael Markes də əvvəllər "Barselona"nın yeni baş məşqçi postuna namizəd idi.

Xatırladaq ki, "Barselona" hələ yayda Xavi ilə ayrılmaq qərarına gəlməyib. Vəziyyət yaxın günlərdə həll olunmalıdır.







Transfer