24 oktyabr 2024. Cümə axşamı

Millimizdə oynayan futbolçunun qardaşı "Liverpul"a keçir


  • Transfer
  • 17:16 21.05.2024
  • Oxunma sayı: 87
Millimizdə oynayan futbolçunun qardaşı "Liverpul"a keçir

"Liverpul" "Benfika"dan yarımmüdafiəçi Orkun Kökçünü transfer etmək üçün yarışa girib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb. 

Bildirilib ki, Mersisayd klubu onun üçün artıq danışıqlara da başlayıb. 

Türkiyə milli komandasının üzvü ötən yaydan “Benfika”da çıxış edir. Yarımmüdafiəçi daha əvvəl Arne Slotun rəhbərliyi altında "Feyenoord"da çıxış edib. 

Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 23 yaşlı Kökçünü 30 milyon avroya qiymətləndirib. Bu mövsüm yarımmüdafiəçi 43 oyun keçirib, bu oyunda 7 qol vurub və tərəfdaşlarına 11 məhsuldar ötürmə verib.







Transfer