6 dekabr 2025. Şənbə

Premyer Liqadan Bundesliqaya


  • Transfer
  • 16:38 25.07.2019
  • Oxunma sayı: 411
Premyer Liqadan Bundesliqaya

“Everton”un futbolçusu Ademola Lukman karyerasını Almaniyada davam etdirəcək.

Corner.az xəbər verir ki, “Leyptsiq” 21 yaşlı futbolçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərəli futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, “Leyptsiq”də 17 nömrəli forma ilə çıxş edəcək.Bundesliqa təmsilçisinin bu transfer üçün “Everton”a 22 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Lukman ötən mövsümün ikinci yarısını icarə əsasında “Leyptsiq”də çıxış edirdi.







Transfer