22 oktyabr 2024. Çərşənbə axşamı

Sarri "Sevilya"ya rəhbərlik edə bilər


  • Transfer
  • 23:22 21.05.2024
  • Oxunma sayı: 77
Sarri "Sevilya"ya rəhbərlik edə bilər

İtaliyalı Mauritsio Sarri karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, “Sevilya” mütəxəssisi dəvət etmək niyyətindədir. Bildirilir ki, Sarri ona lazım olan bir neçə futbolçunun imzalanacağına zəmanət verilsə, komandaya rəhbərlik etməyə razı olacaq.

Xatırladaq ki, bu ilin martında Sarri Roman Latsiodan qovulmuşdu. Hazırda "Sevilya" İspaniya çempionatının turnir cədvəlində 13-cü yerdədir. Mövsümün final matçında klub öz meydanında "Barselona"nı qəbul edəcək oyun mayın 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Transfer