21 sentyabr 2024. Şənbə

Pioli "Milan"ı Türkiyə nəhənginə dəyişə bilər


  • Transfer
  • 11:20 22.05.2024
  • Oxunma sayı: 59
Pioli "Milan"ı Türkiyə nəhənginə dəyişə bilər

"Milan"ın baş məşqçisi Stefano Pioli Türkiyə çempionatında işləyə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, “Fənərbağça”nın 58 yaşlı çalışdırıcını baş məşqçi postuna gətirməyi nəzərdən keçirdiyini qeyd edib.

Daha əvvəl mətbuatda Piolinin 2023/2024 mövsümünün sonunda Milan nəhəngindən ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı. Türkiyə çempionatının bitməsinə bir tur qalmış “Fənərbağça” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İstanbul komandası lider "Qalatasaray"dan 3 xal geri qalır. “Milan” A Seriyasında da ikinci yerdədir.







Transfer