21 sentyabr 2024. Şənbə

“Real”a 4 qol vuran futbolçunu bu klublar istəyir


  • Transfer
  • 11:34 22.05.2024
  • Oxunma sayı: 94
“Real”a 4 qol vuran futbolçunu bu klublar istəyir

İspaniya çempionatında "Real Madrid"lə qarşılaşmada (4:4) 4 qol vuran "Vilyarreal"ın hücumçusu Aleksandr Sorlota transfer bazarında tələbat var.

90deqiqe.Az "Todofichajes"ə istinadən məlumat verir ki, “sarı sualtı qayıq”ın rəhbərliyi futbolçunun satışı ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. İspaniya klubu hücumçunun satışından 40 milyon avro qazanmağı gözləyir.

Norveçli forvardla "Atletiko Madrid" maraqlanır.

Daha əvvəl "Barselona"nın Sorlotla maraqlandığı haqda məlumat yayılmışdı.

Bu La Liqa mövsümündə 28 yaşlı hücumçu 33 oyuna çıxıb, 23 qol vurub və 6 məhsuldar ötürmə edib.







Transfer