16 iyun 2024. Bazar günü

"Spartak" Abubakarı yenidən hədəfə aldı


  • Transfer
  • 16:16 22.05.2024
  • Oxunma sayı: 42
"Spartak" Abubakarı yenidən hədəfə aldı

"Beşiktaş"ın hücumçusu Vinsent Abubakar karyerasını Moskva "Spartak"ında davam etdirə bilər.

90deqiqe.Az "Şafak Malatya"ya istinadən xəbər verir ki, "Spartak" bu yay kamerunlu hücumçunu yenidən transfer etməyə çalışacaq.

Xatırladaq ki, ötən qış “qırmızı-ağlar” artıq 32 yaşlı hücumçu ilə müqavilə imzalamağa çalışsalar da, rədd cavabı almışdılar.

Bu mövsüm futbolçu bütün turnirlərdə 33 matçda meydana çıxıb, 12 qol vurub və üç məhsuldar ötürmə edib. Abubakarın "Beşiktaş"la müqaviləsi gələn mövsümün sonuna qədərdir. Transfermarkt portalının ekspertləri futbolçunun dəyərini 4,5 milyon avro qiymətləndirir.







Transfer