16 iyun 2024. Bazar günü

“Əl Nəsr” Ronaldonun dostunu transfer edir


  • Transfer
  • 17:24 22.05.2024
  • Oxunma sayı: 61
“Əl Nəsr” Ronaldonun dostunu transfer edir

"Əl-Nəsr" klubu Avropa komandalarından ən yaxşı futbolçuları transfer etmək üçün maliyyə imkanlarından istifadə etməyə davam etməkdə qərarlıdır.

90deqiqe.Az "Attacking Football"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi  "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşə təklif göndərib.

Bildirilir ki, Fernandeş "Mançester Yunayted"lə yeni müqavilə imzalamaq istəyir, lakin klub indi onunla yeni müqaviləyə hazır deyil.

Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 29 yaşlı Bruno Fernandeşi 70 milyon avro dəyərində qiymətləndirirlər. 2023/2024 mövsümündə portuqaliyalı 47 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.







Transfer