16 iyun 2024. Bazar günü

"Krasnodar"ı Fransa nəhənginə dəyişir


  • Transfer
  • 21:27 22.05.2024
  • Oxunma sayı: 56
"Krasnodar"ı Fransa nəhənginə dəyişir

"Krasnodar"ın qapıçısı Matvey Safonov karyerasını Fransada davam etdirə bilər.

90deqiqe.Az "Legalbet"ə istinadən xəbər verir ki, 25 yaşlı qolkiperin xidmətində PSJ maraqlıdır.

Bildirilir ki, parislilər artıq mümkün transferlə bağlı "Krasnodar"la əlaqə saxlayıb. Eyni zamanda mənbə qeyd edir ki, PSJ Safonova yalnız ikinci qapıçı rolunu təklif edə bilər, çünki Keylor Navas yayda komandanı tərk edəcək.

Bu mövsüm Safonov Rusiya çempionatında 29 oyun keçirib, 27 qol buraxıb və on dəfə qapısını toxunulmaz saxlaya bilib. Safonovun "Krasnodar" ilə əmək müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 18 milyon avro qiymətləndirilir.







Transfer