16 iyun 2024. Bazar günü

"Bavariya" baş məşqçi postuna sürpriz namizədlə anlaşmağa yaxındır


  • Transfer
  • 00:01 23.05.2024
  • Oxunma sayı: 49
"Bavariya" baş məşqçi postuna sürpriz namizədlə anlaşmağa yaxındır

"Bernli"nin çalışdırıcısı Vinsent Kompani "Bavariya"nın baş məşqçisi postuna sensasiyalı təyinata yaxındır.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı mütəxəssis artıq Münhen nəhənginin rəhbərliyi ilə prinsipial razılığa gəlib.

"Bavariya" da "Bernli" ilə müqavilənin şərtlərini razılaşdırmaq üzrədir. Klublar arasında danışıqlar qabaqcıl mərhələdədir və bu həftənin sonuna qədər uğurla bağlana bilər.

Vinsent Kompani 2022-ci ildən "Klarets"ə başçılıq edir. Belçikalı komandanı Çempionşipdən Premyer Liqaya qədər apardı, lakin bir il sonra onları geriyə düşməkdən xilas edə bilmədi. Kompani "Bavariya"da Tomas Tuxeli əvəz edəcək.







Transfer