16 iyun 2024. Bazar günü

"Monako" rus futbolçu ilə güclənir


  • Transfer
  • 15:23 23.05.2024
  • Oxunma sayı: 42
"Monako" rus futbolçu ilə güclənir

"Krasnodar" və Rusiya millisinin qapıçısı Matvey Safonov karyerasını Fransada davam etdirə bilər.

90deqiqe.Az  xəbər verir ki, 25 yaşlı qolkiperin "Monako" klubu maraqlıdır. Bu barədə “Transfermarkt” məlumat yayıb.

Daha əvvəl “Krasnodar” və PSJ-nin Safonovun transferi ilə bağlı razılığa gəldiyi iddia edilmişdi.

Matvey Safonov “Krasnodar”ın yetirməsidir. Bu mövsüm qolkiper “Krasnodar”ın heyətində 29 oyun keçirib, 27 qol buraxıb və 10 qapını təmiz saxlayıb. “Transfermarkt” internet portalının məlumatına görə, rusiyalı qolkiperin təxmini dəyəri 18 milyon avro təşkil edir.







Transfer